Üz yoqası dərini daha elastik və təravətli edir
10.08.2022 11:16

ABŞ-ın Norsvestern Universiteti tərəfindən aparılan araşdırmalar göstərir ki, gündəlik 30 dəqiqə üz yoqa məşqləri 8 həftədən sonra yanaq və üz əzələlərini gücləndirərək dəridə daha gənc görünüş yaradır.

 

Düzgün texniki üsullar ilə tətbiq edilən üz yoqa məşqləri dərinin elastikliyini və parlaqlığını artırır, qırışlarla mübarizə aparır. Müntəzəm olaraq tətbiq olunduqda gözəçarpan dəyişiklik yaradan məşqlər dərinin ehtiyac duyduğu parıltını verir. Stress və yuxu problemlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır.

 

Üz yoqa təlimçisi Aysun Köse Somuncuoğlu yorğun əzələləri rahatlaşdıran məşqlərdən ibarət üz yoqasının dərinin elastikliyini artırdığını və qırışların aradan qaldırılmasına dəstək verdiyini ifadə edib.

 

Əzələləri rahatlaşdıran yoqa məşqlərinin üzə daha elastik, təravətli quruluş verdiyini qeyd edən A.K.Somuncuoğlu deyib: “Daha hamar, canlı və gənc bir üzə nail olmaq yalnız tibbi estetik tətbiqlərlə məhdudlaşmır. Dərinin qocalmasının təsirləri ilə təbii mübarizə aparmağa kömək edən üz yoqası hər bir xanımın gözəllik ritualı olmalıdır. Üz yoqası təkcə dəriyə deyil, eyni zamanda sağlamlığa da yaxşı təsir göstərir. Stress, narahatlıq və yuxu problemlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır.

 

18 yaşdan yuxarı hər kəs üz yoqası edə bilər. Mütəxəssislərin nəzarəti altında düzgün üsullar ilə davamlı olaraq aparılan məşqlər məhsuldar nəticələr verir. Ev şəraitində şüursuz şəkildə edilən üz yoqası sağlamlıq üçün təhlükə yaratmasa da, təəssüf ki, vaxt itirməkdən ibarətdir. Dərinin düzgün nöqtələrinə tətbiq olunmayan məşqlərin rahatlaşdırıcı masajdan heç bir fərqi yoxdur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev