Sağlam qidalanma intellekti gücləndirir
09.08.2022 15:44

Kitab oxumaq və ya krossvord həll etməklə yanaşı, düzgün qidalanma ilə zehnin güclənməsinə nail olmaq olar. Bu qənaətə Missuri Universitetinin alimləri gəlib.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, amerikalı alimlərin araşdırmaları heç bir müalicə üsulları olmayan bir xəstəlikdən özünü qorumağın sadə və etibarlı yolunun mövcud olduğunu göstərir. Söhbət Altsheymer xəstəliyi və digər demensiya növlərindən gedir. Tədqiqatlar göstərib ki, optimal miqdarda zülal, yağ və karbohidrat ehtiva edən düzgün qidalanma Altsheymer xəstəliyinin inkişafını gecikdirə və ya hətta qarşısını ala bilər. Xüsusilə Raçelski ailəsinin hekayəsi buna nümunə ola bilər, bu ailə haqqında hətta bütöv bir telesüjet də çəkilib. 2016-cı ildə Meri Raçelski rəsmi diaqnozla üzləşib - orta dərəcədə koqnitiv pozğunluq daha sonra Altsheymer xəstəliyinə çevrilib.

 

Cütlük onlar yaddaş itkisinin müalicə edilə bilməyəcəyini söyləyən bir çox fərqli mütəxəssisə müraciət ediblər. Lakin Meri və Endi təslim olmadılar, eyni zamanda, müstəqil araşdırmaya başladılar. Onlara pəhriz yanaşmasını tövsiyə edən bir tibb işçisi tapdılar. O, bədəndə çoxlu şəkər istehsal edən hər şeydən imtina etməyi məsləhət gördü. Bu effekt isə xüsusilə emal edilmiş qidaları qəbul etdikdən sonra özünü göstərir. İndi ər-arvadın soyuducusu sözün əsl mənasında meyvə, tərəvəz, bitki məhsulları və üzvi ətlə doludur. Bir neçə il belə qidalandıqdan sonra Meridə intellektin zəifləməsi prosesi yavaşlayıb.

 

Bu yaxınlarda ABŞ-ın Altsheymer Qurbanlarına Yardım Assosiasiyası bununla razılaşıb. Alimlər emal edilmiş qidalara diqqət yetirməklə, demək olar ki, 10 min insanın iştirak etdiyi araşdırmanın nəticələrini dərc ediblər. Müəyyən edilib ki, bu qidanın qida rasionunda həddindən artıq olması zehnin zəifləmə sürətini tezləşdirir. Buna görə də, hər cür pizza, ağ çörək və şirniyyatlar, eləcə də qazlı içkilər sağalmaz bir xəstəliyi yaxınlaşdıra biləcək məhsullardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub