Artıq çəki problemi olan şəkər xəstələrinin böyrək çatışmazlığı ilə qarşılaşma ehtimalı daha çoxdur - Nefroloq
09.08.2022 16:21
Həddindən artıq çəki, piylənmə böyrək daxilindəki təzyiqi yüksəldir və qılcal damarlarda struktur pozğunluqlarına səbəb olur. Bu zaman, süzmə funksiyasını düzgün yerinə yetirə bilməyən böyrəklər sidikdən proteini normadan çox ifraz edir. Piylənmə eyni zamanda, şəkərli diabet və hipertenziyaya da (yüksək qan təzyiqi) yol açaraq böyrəklərə dolayı yolla zərər verir. Kənardan normal çəkidə görünən, lakin qan yağları yüksək olanların, başqa sözlə metabolik piylənməsi olan insanların da böyrəkləri risk altındadır.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-nefroloq Barat Yusubov bildirib. 
 
"Əgər artıq çəki problemi varsa, şəkər xəstəliyinin kontrolu bir o qədər çətinləşir. Piylənmədən qaynaqlanan şəkər xəstəliyinin ən təsirli və qalıcı müalicəsi piylənmə və metabolik cərrahiyyəsi ilə aparılır", - deyə həkim qeyd edib.
 
B.Yusubovun sözlərinə görə, metabolik cərrahiyyə həkim müayinəsi və göstərişindən sonra, tip 2 şəkərli diabet xəstələrində daha çox tətbiq olunur. Bu tip pasientlərdə metabolik cərrahiyyə şəkərli diabetin effektiv müalicəsidir: "Əlbəttə, pasiyentlər əməliyyat sonrası qidalanmalarına diqqət etməli və mütəmadi olaraq şəkərli diabet və böyrəklərlə bağlı müayinələri təxirə salmamalıdırlar. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub