Ana südü ilə qidalandırmanın vacibliyi və üstünlükləri” mövzusunda tədbir keçirilib
09.08.2022 12:21

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) “Ana südü ilə qidalandırmanın vacibliyi və üstünlükləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, həmin şöbənin mütəxəssisi Səkinə Əzizli, BMT-nin Uşaq Fondunun (UNİCEF) Bakı ofisinin nümayəndəsi Vəfa Ağayeva, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri İlkin Namazov, 3 nömrəli ASM-in baş həkimi Maisə İsmayılova iştirak edib.

Tədbiri giriş sözü ilə açan 3 nömrəli ASM-in baş həkimi Maisə İsmayılova iştirakçıları salamlayıb və mövzunun əhəmiyyətindən danışıb.

TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, həyata keçirilən islahatlardan söz açıb. Bildirib ki, bu sahədə müvafiq keyfiyyət standartları hazırlanıb və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bundan sonra da tədbirlər davam etdiriləcək.

BMT-nin Uşaq Fondunun (UNİCEF) Bakı ofisinin nümayəndəsi Vəfa Ağayeva "Kiçik yaşlı uşaqların qidalanması" mövzusunda təqdimatla çıxış edərək bildirib ki, yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür. Ana südü lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur.

 

V. Ağayeva qeyd edib ki, körpə doğulandan ilk 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır. O, vurğulayıb ki, 6 aydan sonra 2 yaşına qədər və ondan sonrakı müddətdə də əlavə qidalar da olmaqla yanaşı ana südü davam etdirilməlidir.

Analara və yenidoğulmuşlara tibbi xidmət göstərən müəssisələrin əməkdaşlarının qatıldığı tədbirdə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib