Dendrologiya İnstitutunda lavanda bitkisinin biomorfoloji xüsusiyyətləri araşdırılıb
09.08.2022 10:08

Dendrologiya İnstitutunun təcrübə sahəsində lavanda bitkisinin çiçəkləri toplanıb, laboratoriya şəraitində standartlara uyğun şəkildə qurudulub.

 

Bu barədə Aztibb.az-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tədqiq olunan lavanda bitkisinin çiçəklərindən yağlar alınıb, növün biomorfoloji xüsusiyyətləri araşdırılıb. Aparılan elmi-tədqiqat nəticəsində adi lavanda növünə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən edilib. Növün əsasən çiçəklərindən alınan efir yağının komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiyasında öyrənilib. Araşdırmalar göstərib ki, adi lavanda növündən alınan efir yağından tibdə, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunması böyük əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, sağlamlıq üçün lavandanın böyük əhəmiyyəti var. Bitkidən alınan efir yağları tibdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Lavanda yağının ekzema, yanıq, sədəf kimi dəri xəstəliklərində istifadəsi faydalıdır. Bundan başqa qaraciyərə çox faydalıdır. Qaraciyərin nizamlı işini təmin edir. Hepatit B və C viruslarının müalicəsində və qaraciyərin toksinlərdən təmizlənməsində də geniş istifadə olunur. Lavandanın efir yağı böyük bakterisid əhəmiyyətə malikdir. Qoxusu ilə insana dinclik və rahatlıq verən lavanda çayı və yağı olduqca faydalıdır.

 

Lavanda, həmçinin italyan, fransız və ispan kulinariyasında, xüsusilə ətli yeməklərin hazırlanmasında geniş tətbiq edilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib