Uşaq qusduqda və ya qarnı getdikdə ev şəraitində ən çox buraxılan SƏHVLƏR
09.08.2022 10:27

Ağır ishal və qusma zamanı uşaq xeyli miqdarda su, onunla birlikdə isə mineral duzları itirir. Bu hal orqanizmin susuzlaşması adlanır. Uşaqda bədənin güclü şəkildə susuzlaşması çox qısa bir müddət ərzində onun sağlamlığına ciddi ziyan vura bilər. 

 

Aztibb.az-ın xəbərinə görə, həkim pediatr Günay Rəsulova qusan və qarnı gedən uşağa ev şəraitində edilən səhv müdaxilələrdən danışıb. Həkimin sözlərinə görə, birinci növbədə, uşağın mədə-bağırsağını çobanyastığı, sodalı su və digər məhlullarla yumağa çalışmaq ona stres verməkdən başqa bir işə yaramır. İkinci növbədə, qaytaran uşağı çöpçüyə aparmaq ən çox buraxılan səhvlərdəndir.

 

Eyni zamanda qaytaran uşağa israrla dərman içirməyə və ya onu yedizdirməyə çalışmaq olmaz. Çətin həzm edilən və uyğun olmayan qidaların təklif edilməsi də qusmanın  artmasına və uşağın daha da narahat olmasına səbəb olur. 

 

G.Rəsulova bildirib ki, əgər övladınız qaytarırsa, az miqdarda maye içizdirmək lazmıdır. Azyaşlılarda xüsusilə elektrolit itkisinə yaxından nəzarət etmək lazımdır. Bir neçə saat uşağın mədə-bağırsağına dinclik vermək mütləqdir. Onu məcbur qidalandırmaq qətiyyən tövsiyə edilmir. 

 

"Uşaq suyu belə qaytarırsa, bu zaman onu təcili olaraq həkimə aparmaq lazımdır", - deyə həkim əlavə edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub