“Ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır
09.08.2022 09:40

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir.

 

Bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən “Ağ ölümə yox deyək” mövzusunda maarifləndirici tədbirdə səsləndirilib. Gənclərin və Mərkəzdə fəaliyyət göstərən dərnəy üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıb, narkomaniyaya qarşı ümummilli mübarizə aparmağın vacibliyini bildiriblər.

 

Tədbir “Narkotik səni bir dəfə, doğmalarını isə hər gün öldürür” adlı qısametrajlı videoçarxın nümayişi ilə davam etdirilib.

 

Sonda məktəblilərlə mövzu ətrafında diskussiyalar aparılıb, narkomaniyanın törətdiyi fəsadlara dair məlumatlılıq səviyyəsini yoxlamaq məqsədilə yazılı anket sorğusu keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub