Yaşı 40-dan aşağı olan insanların qəfil ölüm sindromu: ƏSAS SƏBƏBLƏRİ və SİMPTOMLARI
08.08.2022 15:53
 
SADS - yaşı 40-dan aşağı olan insanların qəfil ölüm sindromudur. Son 2 il ərzində, xüsusilə pandemiya dövründə bu diaqnozdan ümumi ölüm faizində artım müşahidə olunub. Buna səbəb isə ürəyin elektrik ötürücü sistemində patologiyalar və onların verdiyi fəsadlardır.
 
“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev “SADS (qəfləti aritmik ölüm sindromu)” mövzusunda məlumat verib.
 
İnvaziv kardioloq bildirib ki, əsasən təhlükəli aritmiyalar aşağıdakı xəstəliklərin nəticəsidir:
 
- Bruqada sindromu
- Katexolaminerjik polimorf mədəcik taxikardiyası
- Uzun QT sindromu (UQTS)
- Qısa QT sindromu (SQT)
- Timoti sindromu
- WPW sindromu
 
Həkimin sözlərinə görə, bu simptomlar təhlükə olduğunu göstərir:
 
- İdman və ya fiziki aktivlik zamanı sinədə diskomfort, ağrı, təngənəfəslik, bayılma ya qıcolma, qorxu hissi
- Bəzi pasiyentlərdə yuxu zamanı qısa müddətli ürək dayanmaları, nəfəsin qeyri-normal alınması
- Ürək çırpıntısı hissi
- Barmaqlar arasında pərdə olması. Bu, nadir simptomlardan ola bilər.
 
E.Hacıbalayev xəstəliyə diaqnoz qoymağın üsullarını da açıqlayıb. Qeyd edib ki, elektrokardiogramma, tredmil test, genetik testlər, katexolamin provokasiya testi, exokardioqrafiya, Holter monitorinq, Fetal EXO, Angioqrafiya kateterizasiya və Elektrofizioloji müayinə vasitəsilə xəstəliyə diaqnoz qoymaq mümkündür.
 
“Xəstəliyi əsas səbəbdən asılı olaraq düzgün müalicə taktikası, implantasiya edilə bilən kardioverter-defibrilyator, beta blokerlər və xinidin istifadə etməklə, eləcə də sol ürəyin simpatik denervasiyası və QT intervalı uzadan dərmanların istifadəsini dayandırmaqla müalicə etmək mümkündür”, - deyə həkim bildirib.
 
E.Hacıbalayev pasiyentlərə səhhətlərində hər hansı problemin olduğuna dair şübhə yarandıqda dərhal kardioloji müayinələrdən keçməyi və pandemiya dovründə səhhətlərinə daha çox diqqət ayırmağı məsləhət görüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub