“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Rəna Hacıyeva
06.08.2022 20:52
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə peşəkarlığı ilə seçilən və pasiyentləri arasında böyük rəğbət qazanmış Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi Rəna Hacıyevanı təqdim edirik.
 
Rəna Nurəli qızı Hacıyeva 01 avqust 1958-ci ildə Mingəçevir şəhərində anadan olub. 1983-1989-cu illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1989-1990-cı illərdə Mingəçevir ŞMX-nın Terapiya şöbəsində internatura keçib.
 
O, 1990-cı ildə xəstəxananın Poliklinika şöbəsində həkim terapevt vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Mingəçevir Hərbi Hospitalında həkim terapevt, 1996-cı ildə Mingəçevir ŞMX-ın Poliklinika şöbəsində sahə həkimi işləyib. Rəna Hacıyeva 2017-ci ildən 1 saylı Ailə Sağlamlıq Mərkəzində ailə həkimi kimi fəaliyyətini davam etdirir.
 
Kifayət qədər təcrübəsi olmasına baxmayaraq, Rəna Hacıyeva mütəmadi olaraq kurslarda iştirak edir, tibbin yeniliklərilə yaxından maraqlanır.
 
Rəna həkim yalnız bir ailə həkimi deyil, eyni zamanda ailənin dostu, sirdaşıdır. O, 2500-3000 sakini olan bir ərazinin ailə həkimi olaraq, ona etibar edən hər kəsi diqqətdə saxlayır, səhhətini müalicə edir, dəyərli məsləhət və tövsiyyələrini verir, mütəmadi müayinə və müalicələrilə məşğul olur. Çünki ailə həkimi demək, ailənin bir üzvü deməkdir. Bir ailə üzvü kimi vətəndaşların qayğısına qalmaq ailə həkimlərinin vəzifə borcudır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib