Vətən müharibəsi qazisi İbrahim Hüseynova sinir nəqli əməliyyatı edilib
06.08.2022 18:20

TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsi qazisi İbrahim Hüseynova sinir nəqli əməliyyatı edilib.

 

Aztibb.az xəbər verir ki, institutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.

 

Ağdərə istiqamətində gedən döyüş zamanı İ.Hüseynovun aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyəsində sinir zədələnməsi baş verib. İnstitutda həkim müayinəsi nəticəsində qaziyə sol tibial sinirin köhnə zədələnməsi, sinir defekti, nevrinoma diaqnozu qoyulub.

 

Adıçəkilən diaqnozlar səbəbilə sol ayağında hissiyatı itirən, şiddətli ağrıları olan və barmaqlarında hərəkətsizlik yaranan qazinin əməliyyatı 7 saata yaxın davam edib. Əməliyyat zamanı sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilib.

Əməliyyatın ilk nəticəsi kimi qazinin ayaq barmaqlarında hərəkət funksiyası bərpa olunub. İ.Hüseynovun bundan sonrakı bərpa müddəti də həkim nəzarətində davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib