24 dəfə əməliyyat olunmuş Vətən müharibəsi qazisinin övladı dünyaya gəlib - ETMGİ
06.08.2022 15:49
Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Suqovuşan istiqamətində qəhrəmancasına döyüşən, aldığı xəsarətlər səbəbilə 24 dəfə əməliyyat olunan Ayxan İsayev ata olub.
 
Aztibb.az xəbər verir ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) tərəfindən qazi Ayxan İsayevin həyat yoldaşı Bahar İsayeva hamiləlik müddətində xüsusi nəzarət altında olub.
 
Hamiləlik müddətində müxtəlif problemlərlə qarşılaşan B.İsayeva bir neçə dəfə stasionar şəkildə İnstitutda müalicəsini davam etdirib. Daha sonra isə xəstəyə davamlı ambulator müalicələr tətbiq olunub.
 
Hamiləliyin 39-cu həftəsində olmasına baxmayaraq, dölün inkişafında ləngimələrin olması və doppler müayinəsi zamanı aşkar olunan problemlərə görə həkim-mama-ginekoloq, t.ü.f.d. Gülnarə Əzimova tərəfindən təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.
 
Qazi Ayxan İsayevin çəkisi 2 550 qram, boyu 48 sm olan sağlam oğul övladı dünyaya gəlib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib