Qidalanma insanın psixoloji sağlamlığına necə təsir edir? - ARAŞDIRMA  
05.08.2022 18:58
İngiltərənin Briminqem şəhərində yerləşən Aston Universiteti mütəxəssislərinin araşdırmalarına əsasən, gündəlik qəbul etdiyimiz qidaların bədənimizlə yanaşı, psixoloji sağlamlığımıza da fayda və zərərləri vardır.
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb. 
 
Həkimin sözlərinə görə, meyvə və tərəvəzlərin gündəlik qəbulu insanları depressiya əlamətlərindən uzaqlaşdırarkən, hazır (işlənmiş), polfabrikat duzlu qidaların təşviş və qayğı pozuntusunu artırdığı məlum olmuşdur. Tədqiqat zamanı İngiltərənin müxtəlif yerlərindən olan insanlara pəhriz vərdişləri, psixoloji sağlamlıq və gündəlik yaddaş (idrak) qabiliyyətini ölçən bir sıra sorğu vərəqələri verilərək 428 nəfər arasında sorğu keçirilmişdir.
 
İştirakçıların 53%-i qadın, 47%-i kişi olmaqla ortalama yaş həddi 39 olmuşdur. Sorğu iştirakçılarının heç birinin ciddi sağlamlıq problemləri və qida allergiyası olmamışdır. Tədqiqat zamanı meyvə və tərəvəzlər bir qrupa bişmiş, bir qrupa çiy, digər qrupa isə hazır (işlənmiş) duzlu qidalar verilmişdir. Nəticələrə əsasən, bişmiş halda meyvə və tərəvəzləri qəbul edən insanların psixoloji rifahında hər hansı müsbət dəyişiklik baş verməmişdir.
 
Çiy şəkildə meyvə və tərəvəzləri qəbul edən iştirakçılarda psixoloji rifah müsbət yöndə dəyişmiş, gündəlik yaddaş (idrak) qabiliyyəti artmışdır, depressiya və stres əlamətlərində azalma müşahidə edilmişdir.
 
Hazır (işlənmiş) duzlu qidaları qəbul edən insanlarda isə təşviş və qayğı (ankisyete) pozuntusu, gündəlik yaddaş (idrak) qabiliyyətində zəifləmə qeyd olunmuşdur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub