Miopiya gözün şüa sındırma qüvvəsinin qüsurudur
05.08.2022 18:47
Miopiya (yaxından görmə) – gözün şüa sındırma qüvvəsinin qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir.
 
Aztibb.az-ın xəbərinə görə, həkim-oftalmoloq Elmira Mayılova bu barədə məlumat verib.
 
Həkim bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hazırda dünya əhalisinin 25-30%-də miopiya aşkarlanıb. Proqnozlara görə, 2050-ci ildə dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək.
 
Uşaqlarda miopiya uzun müddət simptomsuz müşahidə olunaraq və əksər hallarda profilaktik oftalmoloji baxış zamanı təsadüfən aşkarlanır. Adətən miopiya məktəb illərində inkişaf edir və ya proqressivləşir. Bu da uşaqların intensiv vizual yüklənmələrlə qarşılaşması ilə əlaqədardır.
 
Miopiyanın müalicəsi
 
Miopiyanın korreksiya və müalicəsi konservativ (medikamentoz terapiya, eynək və ya kontakt linza korreksiyası), cərrahi və ya lazer üsullarla icra olunur. İldə 1-2 dəfə təkrarlanan medikamentoz kurslar miopiyanın proqressivləşməsinin qarşısını alır.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub