Hamiləlik zamanı xəstəlik vərəqəsi kim tərəfindən və hansı müddətə verilir?
05.08.2022 09:49
Hamiləlik və doğum zamanı xəstəlik vərəqəsi hamilə qadınlara mama-ginekoloq həkimi tərəfindən verilir.
 
Aztibb.az xəbər verir ki, mama-ginekoloq həkimi olmadıqda, xəstəlik vərəqələri ümumi qəbul aparan həkim tərəfindən verilir.
 
Hamiləlik və doğuma görə xəstəlik vərəqəsi birdəfəlik 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətinə verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, xəstəlik vərəqəsi 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü) müddətinə verilir.