Qadağan olunmuş zonalarda çimmək toksikoloji baxımdan təhlükəlidir - Həkim-toksikoloq
05.08.2022 09:34

Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu İnci Bağırova çirkli dəniz suyunun ağız boşluğuna və mədə-bağırsaq yollarına düşməsi ilə törədə biləcəyi fəsadlar barədə məlumat verib.

“Hər il çimərlik mövsümü başlayarkən çimərliyə icazə verilən ərazilərin adı açıqlanır. Bu mənada qadağan olunmuş zonalarda çimmək qəti şəkildə məsləhət görülmür. Belə ərazilərdə dəniz suyunun tərkibində toksikoloji baxımdan ağır metallar, neft qalıqları olur. Həmçinin üzməyi bilməyən şəxslərin və azyaşlıların dərin sularda üzməsi qadağandır. Çünki bu şəxslərin ağız boşluğuna və mədə-bağırsaq sisteminə daha çox su gedir.

Ümumiyyətlə, çirkli dəniz suyu insanda qusma, ürək bulanma, bağırsaq pozğunluğu, qarıngetmə, iştah pozğunluğu, başgicəllənmə və başağrısı kimi hallara səbəb ola bilir. Belə olan halda xəstəni mütləq həkimə aparmaq lazımdır. Bütün hallarda mütəxəssis kimi əsas tövsiyyə və məsləhətimiz odur ki, insanlarımız rəsmi şəkildə qadağan olunmuş yerlərə, çirkli çimərliklərə getməsin. Ən vacib addım budur!”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub