Daha çox gənc yaşlarda rast gəlinən - Şmorl yırtıqları
04.08.2022 14:18

Şmorl yırtıqları - fəqərə cisimlərinin yırtıqları - daha çox gənc yaşlarda rast gəlinir. Bu yırtıqların tək-tək rast gəlinən formaları osteoxondrozun və ya travmanın olmasından xəbər verir.

 

Tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verərək çox hallarda şmorl yırtıqlarının simptomsuz olduğunu və rentgenoloji  müayinələr zamanı təsadüfən aşkar edildiyini bildirib. Onun sözlərinə görə, şmorl yırtığı (Şmorl düyünü) rentgenoloji  termin olub, fəqərəarası diskin daha çox məşhur olan onurğa beyin kanalına və ya sinir dəliklərinə nüfuz edən üfüqi  yırtıqlarından fərqli olaraq, qapayıcı  lövhəciyin qığırdaq toxumasının sümüyün süngər maddəsinə, yuxarı  və ya  aşağı  fəqərə cisminin daxilinə nüfuz etməsidir:

 

"Ən çox irsi xarakter daşıyır və ya uşağın sürətli  böyüməsi zamanı  uşaqlıq dövründə təzahür edir. Uşağın boyu artdıqca, yumşaq toxumalar da böyüməyə imkan tapır, lakin sümük toxumasının inkişafı  bir qədər geri qalır. Nəticədə, fəqərə cisminin süngər maddəsində boşluqlar yaranır ki, vaxt keçdikcə buraya qığırdaq toxuması daxil olur. Şmorl yırtıqları  daha çox fəqərə sütununun döş və bel şöbələrində (kürəyin  orta və ya aşağı  hissəsində) rast gəlinir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub