“Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsi üzrə təlimlər yekunlaşıb
04.08.2022 11:32

Xəzər rayonunda yerli icma birlikləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb.

 

Təlimlərdə Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrindən olan könüllülər iştirak ediblər.

 

3 saylı Bakı DOST Mərkəzində keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinin “Sosial sahə qanunvericiliyi” mövzusu üzrə təlim proqramı “Sosial müavinətlər”, “Ünvanlı dövlət sosial yardım (ÜDSY)”,“Məşğulluq (özünəməşğulluq) xidmətləri”, “Əmək pensiyaları” ilə bağlı mövzuları əhatə edib və ümumilikdə 10 sessiyadan ibarət olub.

 

Təlimlər yüksək peşəkarlıq səviyyəsi olan təlimçilər tərəfindən keçirilib. Təlimlərin keçirilməsində məqsəd Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, eləcə də, əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək vermək olub.

 

Təlimlər zamanı iştirakçılar ilə ünvanlı dövlət sosial yardım və sosial müavinətlər modulu üzrə qruplarda iş aparılaraq problemlərin həllinə dair tapşırıqlar verilib və mövzu ətrafında yaranan suallar cavablandırılıb. Keçilən mövzular üzrə real vətəndaş müraciətini qanunvericilik çərçivəsində araşdırmaq imkanları yaradılıb və hər təlim sessiyasının sonunda tapşırıqlar verilib. Könüllülərin mövzuya hakimlik səviyyəsini artırmaq üçün müxtəlif elektron təlim vəsaitləri tövsiyə edilib. İştirakçıların mövzular üzrə öyrəndiklərinin qiymətləndirilməsi məqsədilə “keys” tipli qrup işləri və post-test imtahanları həyata keçirilib.

 
Bir ay müddətində keçirilən təlimlərdə iştirak edən könüllülərin yekun qiymətləndirilməsi təlimçi-mütəxəssislərin də daxil olduğu münsiflər heyəti tərəfindən 5 meyar üzrə aparılıb. Qiymətləndirmə, müsahibə formasında aparılaraq özünü təqdimetmə, dünyagörüşü, eləcə də sosial sahə qanunvericiliyi haqqında sual-cavab və tibbi icbari sığorta üzrə qısa test şəklində həyata keçirilib. Ümumi təlimlərə qatılan 11 nəfər könüllüdən seçim mərhələsində 9 nəfər iştirak edib, onlardan 6 nəfər seçilərək növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək məqsədilə altı nəfər könüllü arasından biri əlaqələndirici olmaqla hər qəsəbə üzrə iki nəfər könüllü təyin olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib