Qızdırma zamanı uşağa temperatursalıcı dərmanı bu qaydada vermək lazımdır - Pediatr TÖVSİYƏSİ
04.08.2022 10:32
Uşaqlarda bədən hərarətinin yüksəlməsinin əsas səbəbi əksər hallarda müxtəlif virus və ya bakterial infeksiyalar, iltihabi proseslərdir.
 
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq, tibb üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva valideynləri çox narahat edən bu hal barədə tövsiyələrini bölüşüb.
 
Həkim bildirib ki, uşağın qızdırması olanda sistem və iynə vurulmur:
 
"Yaxşı olardı ki, hər bir valideyn bu alqoritmi yadda saxlasın. Uşağın temperaturunu 38 dərəcədirsə, uşağın əynini nazik edin, pampersi açın. Maye verin. Aparılan tədbirlərə baxmayaraq temperatur 39 dərəcədirsə, Parasetamol (panadol, calpol, sefekon) qeyd edilən dozaya uyğun uşağa verin. 30 dəqiqə gözləyin. Təkrar doza qızdırmasalıcı verməyə tələsməyin. Temperatursalıcının effektivliyini hərarətin dərhal 36,6 C enməsi deyil, onun 1-2 C enməsi yaxşı əlamətdir. Yəni 1 saat ərzində 39 dərəcədən 38,8 düşməsi yaxşı haldır. 30 dəqiqədən sonra təkrar temperaturu ölçün, yenə 39 dərəcədirsə, İbuprofen (Nurofen, İbufen, Kendo və s.) bədən çəkisinə uyğun içirdin. Temperatur mütləq düşəcək. Əsas odur ki, uşağın temperaturu düşəndə əhvalı yaxşı olsun".
 
N.Hacıyeva onu da əlavə edib ki, parasetamol 5-10 mq/ kq hər 4-6 saatdan bir (sutka ərzində 75 mq çox olmaz) vermək olar. Təsir effekti 30-60 dəqiqəyə baş verir. İbuprofen istifadəsinə isə 6 aydan icazə verilir (8-10 mq/ kq, hər 6-8 saatdan bir).
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev