Qəhvə xərçənglə mübarizədə olduqca faydalıdır - TƏDQİQAT
03.08.2022 17:23

Aparılan tədqiqatlar qəhvənin xərçəngin ən geniş yayılan növü ilə mübarizədə olduqca faydalı olduğunu sübut edib.

 

Aztibb.az “JAMA Onkology” jurnalına istinadla bildirir ki, ABŞ-dakı Dana-Farber Xərçəng İnstitutunun alimləri gündə bir neçə fincan qəhvə içməyin kolorektal yəni yoğun bağırsaq xərçəng xəstələrinin sağqalma şansını artırdığını, vəziyyətlərini yaxşılaşdırdığını və xəstəliyin şiddətlənmə riskini azaltdığını bildiriblər.

 

Mütəxəssislər yoğun bağırsağın metastatik xərçəngindən müalicə olunan 1171 xəstə barədə məlumatları analiz edib. Gündəlik iki və ya daha çox fincan qəhvə içdiyini bildirənlər, qəhvə içməyənlərə nisbətən daha uzun ömür sürüblər və onlarda metastaz prosesi ləngiyib. Yəni dörd fincan qəhvə içməyin faydalı olduğu məlum olub. Hətta tərkibində kofein olmayan kofe içəndə belə, bu təsir öz qüvvəsini göstərib.

 

Tədqiqatçılar qeyd edib ki, qəhvənin tərkibində inkişaf etmiş xərçəngə qarşı təsir göstərən antioksidantlar və iltihab əleyhinə maddələr var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev