Medikamentoz mədə xorasının ƏLAMƏTLƏRİ
03.08.2022 10:13

Medikamentoz mədə xorası tez-tez rast gəlinən problemlərdən biridir.

 

Aztibb.az xəbər verir ki, bu xəstəlik dərman preparatlarının təsiri nəticəsində mədənin selikli qişasının zədələnməsi ilə müşahidə edilir. Bu cür patoloji proses dərman maddələrinin uzun müddətli qəbulundan sonra müşahidə edilə bilər. Buna görə də, ilkin əlamətləri müşahidə edən kimi yaxşı olardı ki, həkimə müraciət edəsiniz. Çox vaxt medikamentoz mədə xorası zamanı qanaxma yaransa belə, bu simptomsuz inkişaf edir.

 

Qanaxmadan əlavə, mədə divarının perforasiyası da meydana gələ bilər ki, bu da xəstənin sağlamlığı üçün çox təhlükəlidir. Çox zaman bu xəstəlik iltihabla müşayiət olunur. Medikamentoz mədə xorası tibbdə ciddi problemlərdən biridir. Bunun səbəbi isə bir çoxları tərəfindən xəstəliklər zamanı həkim təyinatı olmadan qeyri-steroid tərkibli dərmanları qəbul etmələridir.

 

Qeyd edək ki, bu cür problemlərlə tamamilə sağlam insanlar da qarşılaşa bilərlər.

 

Həmçinin bir çox təzyiq dərmanlarının uzunmüddətli qəbulu da mədə xorasına səbəb olur.

 

Medikamentoz mədə xorası zamanı mədə şirəsinin turşuluğu artır və mədə seliyinin keyfiyyəti aşağı düşür.

 

Zərərli vərdişlər də iltihabəleyhinə qeyri-steroid tərkibli dərmanların mədə divarına təsirini artırır.

 

Medikamentoz mədə xorası zamanı, periodik ürəkbulanma, qusma, mədədə diskomfort, köpmə aid edilə bilər. Bəzən xəstə insan çəki itirir və buna əhəmiyyət vermir. Bu isə bir müddətdən sonra anoreksiya kimi özünü büruzə verir. Bu isə xəstənin həyatı üçün ciddi təhlükə yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev