Kondisionerdən uzun müddət istifadə müxtəlif bakterial xəstəliklərə səbəb ola bilər  
02.08.2022 15:05

Kondisionerdən uzun müddət istifadə etmək müxtəlif bakterial xəstəliklərə, baş ağrısına, dəri problemlərinə, müxtəlif əzələ ağrılarına səbəb ola bilər. Olduğumuz mühitdə ani hava dəyişməsi hər zaman ilk olaraq dəriyə təsir edir.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, kondisioner olan otaqda bir neçə saat oturduqda dəridə quruma, çatlama və qabıq əmələ gələ bilər. Belə vəziyyətdə dəriyə tez-tez nəmləndirici krem çəkmək lazımdır. Nəmləndirici krem qurumanın qarşısını alır. Quru dəridə müxtəlif bakterial xəstəliklər də meydana gələ bilər.

 

Kondisionerin digər zərərli təsiri də yaratdığı əzələ ağrılarıdır. İş yeri və ya evdə fərqinə varmadan kondisionerli otaqda çox zaman keçirdikdə əzələlərdə tutulmalar, sıxılmalar və ağrılar meydana gələ bilər. Bu vəziyyətlə qarşılaşmamaq üçün kondisionerin dərəcəsini aşağı qoymaq və ya kondisionerin olduğu ərazidən uzaq olmaq lazımdır. Kondisioner havasında oturmaq baş ağrısına da səbəb ola bilər.

 

Havada olan virus və bakteriyalar kondisioner vasitəsilə olduğunuz otağa və ya avtomobilə daxil olur. Bunun nəticəsində soyuqdəymə, qrip, kimi xəstəliklərə yoluxma halları baş verə bilir.

 

Kondisionerlə yoluxan ən ağır xəstəliklərdən biri “legionella pnevmaniyası”dır. Bu xəstəlik ilk dəfə 1976-cı ildə Pensilvaniyada bir yığıncaqda, salondakıların hamısında aşkar edilmiş və xəstəliyin ventilyasiya sistemindən qaynaqlandığı müəyyən olunmuşdur. Xəstəliyin simptomları adi sətəlcəmin əlamətlərindən fərqlidir. Xəstəliyə səbəb olan isə kondisioner sistemində yaranan bakteriyadır. Bu bakteriya kondisionerlərin filtr sistemlərində törəyir. Xəstəlik insandan insana da yoluxur. Xəstələrdə tipik sətəlcəmdən fərqli olaraq, ağciyərə və tənəffüs sisteminə aid olan şikayətlər ön planda olmur. İlk 24-48 saat içində halsızlıq, əzələ ağrıları, şiddətli baş ağrısı və narahatlıq yaranır. Daha sonra yüksək hərarət və ilk iki gün quru öskürək müşahidə edilir. Ürək bulanması, qusma, qarın ağrısı da simptomlar arasındadır. Xəstəlik 21 gün müddətində ciddi müalicə ilə sağalır. Südəmər uşaqların olduğu otaqda kondisioner işlədilməməlidir.

 

Kondisionerdən çox istifadə tənəffüs yollarına mənfi təsir edir və allergik reaksiyalara səbəb olur. İmmunitet sistemini zəiflədərək bədən müqavimətini azaldır. Kondisionerli mühitdə çox qalmaq öskürək, baş ağrısı, boyun, əzələ tutulmaları, dəridə quruluq, dodaq çatlaması kimi problemlərə yol açır.

 

Kondisionerlərdən düzgün istifadə etmək orqanizmi onun mənfi təsirlərindən qoruya bilər. Filtrin orijinal və keyfiyyətli olmasına diqqət yetirmək vacibdir. Kondisioner filtrinin baxımı, təmizliyi nizamlı şəkildə edilməlidir. Dezinfeksiya olunmayan filtrlər ətrafa göbələk, kif, virus, bakteriya yayır. Xüsusilə avtomobil kondisionerlərinin orqanizmə mənfi təsiri daha çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev