Fitoterapevtdən qarın piylərini əritmək üçün TÖVSİYƏLƏR
01.08.2022 17:11
Qarın bölgəsində olan piyləri əritmək istəyi adətən normal görünmək arzusundan irəli gəlsə də, bu, həm də bir sıra xəstəliklərin qarşısını almaq üçün önəmlidir. Ümumiyyətlə, piy hüceyrələrinin böyüməsi iki formada olur, ya hüceyrələr ikiyə bölünməklə artıb çoxalır, ya da şişərək həcmcə böyüyürlər. Bizim ayağımızdakı və qolumuzdakı piylər bölünərək artan hüceyrələrdir. Bu piy hüceyrələri dayaq-hərəkətdə iştirak edir və əzələlərə yardım edirlər, qarın piyləri isə şişərək böyüyən hüceyrələrdən ibarət toxumadır. Bunlar çox təhlükəlidir və orqanizm onları yalnız artıq yük kimi daşımağa məcburdur. Kürəkdə artıq yük daşımaq bu piyləri daşımaqdan daha asandır, çünki qarın bölgəsində toplanan piylər bütün orqanları sıxır və onların normal çalışmasına mane olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
Həkimin sözlərinə görə, qarın piyləri qarın əzələləri tonusdan düşəndə önə çıxmağa başlayır. Əgər qarnınızın önə çıxmağını istəmirsinizsə və yaxud artıq çıxıbsa hər gün qarın presi üçün xüsusi hərəkətlər etmək önəmlidir. Əvvəlcə arxası üstə uzanıb divara və ya çarpayıya bağlanmış ipin köməkliyi ilə idman hərəkətini etmək olar. Bunu gündə 3 dəfə, hər dəfə də 20 hərəkət olaraq edin.
 
Mütəmadi hərəkət etdikdə ipə ehtiyac qalmayacaq. Qarın hüceyrələri şişib böyüdüyündən kip korsetdən də istifadə oluna bilər.
 
"100 qram qırmızı acı bibər qəhvəüyüdəndə toz halına salınır, 0.5 litr zeytun yağı ilə qarışdırılır, sonra bu yağ qarına çəkilərək üstündən korset bağlanır, yağı əvvəl az-az çəkmək lazımdır ki, dərini yandırmasın. Korset səhərdən axşama qədər çıxarılmır, axşam yatmazdan əvvəl çıxarılır və dəri yuyulur".
 
F.Hüseynov əlavə edib ki, bütün bunlarla yanaşı, aktiv həyat tərzinə keçib, gündə 5 km-dən çox piyada yeyin-yeyin gəzmək lazımdır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev