Cari ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 463 vətəndaş müraciəti daxil olub
01.08.2022 15:31

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) 2022-ci ilin ilk 6 ayı ərzində ümumilikdə 16 463 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 16 400-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 63-ü isə teleqram vasitəsilə edilib. 4238 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub. Müvafiq dövlət qurumlarından baxılması üçün  Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 12 225 təşkil edib.   

 

Aztibb.az xəbər verir ki, daxil olan müraciətlərin 7919-u müayinə və müalicə, 4576-sı əlillik məsələləri, 1694-ü işə qəbul və əmək münasibətləri, 841-i dərman vasitələri və tibbi sərflə təminat, 487-si COVID-19, 946-sı isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.

 

Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ilk 6 ayı ərzində 14 769 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, əlillik məsələləri, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahıları, tibb işçilərinin əməkhaqları ilə bağlı artımlar və s. olub.

 

Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 5617 vətəndaş qəbul edilib. Onlardan 140 nəfər Şirvan şəhəri, Hacıqabul, Quba, Qusar, Neftçala, Salyan, Balakən, Zaqatala və Qax rayon sakini Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.

 

Məlumat üçün bildirək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib