Fəqərəarası disk yırtığı necə yaranır?
01.08.2022 12:38
Onurğanın bel şöbəsində fəqərəarası disk yırtığının əsas simptomu onurğa, daha dəqiq desək bel qurşağı nahiyəsində lokallaşmış ağrının yaranmasıdır.
Tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bildirib ki, yırtığın ölçüləri böyük dərəcəyə çatana qədər və onurğa beyni sinirlərinin kökcüklərinə təzyiqi cüzi olduqca (bütün bunlar xəstəliyin ilkin mərhələsini xarakterizə edir) xəstə bel qurşağında küt və daimi olmayan ağrılar (həmçinin lümbaqo kimi tanınan) hiss edir. Uzunmüddətli qaçmaq, öskürək, oturmaq, ayaq üstə dayanmaq və asqırmaq ağrıların artmasına gətirib çıxarır (bu təzahür sabit olmur, ağrı sonradan yox olur).
Həkimin sözlərinə görə, xəstəliyin başlanmasından bir müddət sonra yırtığın ölçüsünün böyüməsi və ya onun fibroz həlqənin sərhəddini qəflətən keçməsi ağrının güclənməsinə və aşağı ətrafa: bud və ya sağrı nahiyəsinə yayılmasına gətirib çıxarır. Bu isə, öz növbəsində, radikulit olaraq qiymətləndirilir və onun gedişi işalgiya ilə: tez-tez təzahür edən güclənmiş ağrılarla müşayiət olunur:
"Əsasən, bu cür ağrılar bədənin mövqeyinin qəflətən dəyişməsi və ya ağır yük qaldırılması nəticəsində baş verir. Ağrı ilə yanaşı, tez-tez keyimə kimi bir əlamət də qeyd edilir. Bu əlamət, bir və ya hər iki ayağı əhatə edə bilər, bu zaman onun gedişi xarakterik zəiflik və “iynə batması” hissiyyatı ilə müşayiət olunur. Keyimənin yaranması, onurğa beyni sinirlərinin kökcüklərinin disk yırtığı tərəfindən sıxıldığını göstərir. Bel şöbəsində fəqərəarası disk yırtığı üçün xarakterik olan yuxarıda sadalanan simptomlarla yanaşı, xüsusilə də bel qurşağı nahiyəsində hərəkət məhdudluğu qeyd edilir. Bir qayda olaraq, şiddətli ağrı öz növbəsində kürək əzələlərində gərginlik yaradır və bu da ona gətirib çıxarır ki, xəstə sadəcə olaraq tam şəkildə onurğasını düzəldə bilmir. Nəticədə, yırtıq meydana gəldikdən müəyyən bir müddət sonra (6-12 ay ərzində), xəstədə qamətin pozulması (kifoz və ya skolioz) qeyd edilir.
Yuxarıda sadalanan simptomlarla yanaşı, bəzi hallarda, fəqərəarası disk yırtığının təsiri fonunda meydana gələn kiçik çanaq üzvlərinin funksiyalarının pozulması: sidik ifrazının və defekasiyanın pozulması, impotensiya kimi əlamətlər qeyd edilir".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

