Suçiçəyi xəstəliyi ilə bağlı BİLMƏDİKLƏRİMİZ
01.08.2022 11:42
Suçiçəyi varisella-zoster tərəfindən törənən və hava damcı yolu ilə keçən yoluxucu xəstəlikdir.
 
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bu virus xəstəliyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.
 
Xəstəliyin gizli dövü 10-20 gündür və artıq bu dövrdən uşaq ətrafda olan həmyaşıdlarını yoluxdura bilər. Yəni, uşaqda səpki yaranmazdan öncə o, yoluxucu olur. Suçiçəyi keçirən xəstələr əlamətlər ortaya çıxmadan 2-3 gün əvvəl və suluqlar tam quruyub qabıqlanana qədər yoluxucudur.
 
Əlamətləri:
 
- 1-3 gün müddətində hərarət, asqırma, öskürmə və digər respirator simptomlar şəklində olur.
- Sonra gövdədə daha çox, eyni zamanda başın tüklü hissəsində və ağız içində də ola bilər.
 
Səpkilərin xarakteri:
 
Əvvəlcə kiçikölçülü çəhrayı səpkilər şəklində olur. Daha sonra içi su ilə dolu qırmızı qabarcıqlara çevrilir. Bu qabarcıqlar qabıqlanaraq 24-48 saata tökülür və yerində yeniləri əmələ gəlir. Qabıqlar iz buraxmadan tökülür. Qaşıntılıdır. Qaşındığı təqdirdə iz buraxır. Odur ki, uşaqların dırnağını gündəlik kəsməliyik ki, yaranı intensiv qaşıyıb çapıq və infeksiyaya çevirməsin.
 
Müalicəsi:
 
Virus infeksiyası olduğu üçün antibiotiklərlə müalicə edilmir. Yataq şəraiti, bol maye qəbulu tövsiyə edilir.
 
Tərləmək qaşıntını artırdığı üçün hər gün uşaq ilıq duş qəbul etməlidir.
 
Səpkilər hər gün xlorheksidin məhlulu ilə silinməlidir. Əsrlərlə valideynlərdən bizə streotip qalmış zelyenka ilə uşağı rəngləməyə ehtiyac yoxdur. Xəstəlik müddəti təxminən 7 gündür. 3 gün hərarət müşahidə edilir. Bu müddətdə hərarət salıcı kimi parasetamol, ibuprofen istifadə edilə bilər. Ümumiyyətlə infeksion xəstəliklər zamanı uşağın içdiyi dərmanları saxlamaq lazımdır. Qaşınma olarsa, desloradin  preparatını 5 ml olmaqla 1 dəfə içizdirmək olar.
 
"Aspirin istifadəsi suçiçəyi xəstəliyi dövründə ağır Rey sindromuna səbəb ola bilər. Qəti şəkildə istifadə edilməməlidir", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev