Bir çox xəstəliklərin dərmanı arı çörəyi - güləmin inanılmaz FAYDALARI
31.07.2022 23:33
Arı çörəyi (Güləm) yeni süfrədən çıxmış arı balalarının 5 günlük yeməyidir. Olduqca az tapıldığından qiyməti də digər arı məhsullarından yüksəkdir, amma baha olduğu qədər də faydaları vardır. Güləm insan vücuduna bir enerji, güc verir. O qədər güclü təsiri vardır ki, qəbul etməyə başlayandan 1 gün sonra təsiri hiss olunur.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirib.
 
"Qanazlığında, halsızlıqda, yorğunluqda, cinsi zəiflikdə, göz zəifliyində, tez-tez diş qanamalarında, sonsuzluqda, yaddaş pozğunluğunda, diqqətsizlikdə, xərçəng xəstəliyində, anemiyalarda, əsasən kiçik uşaqlarda iştahsızlıqda, süd verən analarda, süd azlığında, vərəm xəstəliyində, beyin damarların sklerozunda, dəri quruluğunda, zəif immunitetdə, yüksək xolesterində, dəri səpmələrində, sivilcələr, sızanaqlar, aknelərdə, saç tökülməsində və uzun sürən yorucu xəstəliklərdən sonra güləmin qəbulu insan orqanizmini sanki yeniləyir, bədənə yeni bir əhval-ruhiyyə gətirir", - deyə F.Hüseynov qeyd edib. 
 
Həkim bildirib ki, daha çox zehni əməklə məşğul olanlar, imtahana hazırlaşan tələbələr mütləq bu nemətdən istifadə etməlidir. Güləmin həm də çox gözəl dadı vardır. 
 
"Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı yeyilir və ya 200 qram güləm 1 kq bala qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyilir. Güləmdən hamilə xanımlar istifadə etsələr həm uşağın beyin inkişafına səbəb olur, həm də ana hamiləliyini olduqca rahat keçirir". 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub