Gəncədə keçirilən II Milli Yaylaq Festivalı çərçivəsində tibbi xidmətlər təşkil olunur - TƏBİB  
30.07.2022 14:23
Gəncədə keçirilən II Milli Yaylaq Festivalı çərçivəsində tibbi xidmətlərin təşkili üçün TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları təhkim olunub.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Hacıkənddə yerləşən Xan yaylağında keçirilən festival müddətində Gəncə Birləşmiş Şəhər Xəstəxanasının üç həkim briqadası, Göygöl Rayon Mərkəzi Xəstəxanasının isə iki həkim briqadası fəaliyyət göstərir.
 
Qeyd edək ki, “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyi və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə ikinci dəfə keçirilən festivalda 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.
 
Eyni zamanda, festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb