Avropa Kardiologiya Cəmiyyətinin kardiak görüntüləmə ilə bağlı konqresi keçiriləcək
30.07.2022 14:13

8-9 Dekabr 2022-ci il tarixlərində Avropa Kardiologiya Cəmiyyətinin kardiak görüntüləmə ilə bağlı konqresi - EACVI - Best of Imaging 2022 onlayn formatda keçiriləcək.

Aztibb.az xəbər verir ki, maraqlanan şəxslər nadir, öyrədici klinik halların konqresdə təqdim olunması üçün sentyabr ayının əvvəlindən etibarən akc.imaging2022@gmail.com ünvanına göndərə bilərlər. Klinik halların göndərilməsi üçün son tarix 30 sentyabr 2022-ci ildir. Tədbirlə əlaqədar ətraflı məlumatı https://www.escardio.org/Congresses.../EACVI-Best-of-Imaging keçidindən istifadə edərək əldə etmək mümkündür.

Maraqlı klinik halları olmasına baxmayaraq, klinik halı hazırlamaqda çətinlik çəkənlər AKC Görüntüləmə İşçi Qrupu ilə əlaqə saxlaya bilərlər. Bunun üçün klinik halın qısa xülasəsini Azərbaycan dilində akc.imaging2022@gmail.com ünvanına göndərmək kifayətdir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib