Yeniyetmələri ildə bir dəfə psixoloq müayinəsinə aparmaq tövsiyə olunur    
30.07.2022 13:01

Uşaqlıq dövrü ilə gənclik dövrü arasında "keçid", "böhranlı yaş" dövrü sayılan yeniyetməlik çağında psixoloji və bioloji dəyişikliklər özünü qabarıq şəkildə büruzə verir. Bioloji dəyişikliklər deyəndə boyun uzanması, çəkinin artması, dəridə yağlanma, sızanaqlar, tər ifrazının artması, əzələlərin inkişafı, səsin qalınlaşması və digər hallar nəzərdə tutulur.

 

Səhiyyə Nazirliyinin rəsmi "Facebook" səhifəsində verilən məlumata görə, bu dövrdə yeniyetmələrin duyğularında qeyri-sabitlik müşahidə olunur. Bir az əvvəl özünü enerjili və gümrah hiss edən yeniyetmə az sonra özünü tam əksinə, yorğun, əldən düşmüş hiss edə bilər. Duyğuların belə anlıq olaraq dəyişkənliyi zamanı valideynlərin bu halı normal qarşılaması vacibdir.

 

Bu dövrdə yeniyetmələr duyğularını çox coşqun bir şəkildə yaşayırlar və bu onların səs tonlarında, mimikalarında özünü göstərir.

 

Depressiya yeniyetməlikdə daha çox müşahidə olunan psixoloji narahatlıqlardandır. Bu isə onlardakı ailə və məktəbdaxili yaşanan problemlərdən qaynaqlana bilər. Lakin bu depressiyalar çox vaxt qısamüddətli olur və yeniyetmə özünü kədərli hiss etsə də, bu, onun günlük fəaliyyətinə davam etməsində ciddi narahatlıqlar yaratmır. Uzunmüddətli depressiyalarda isə təhlükəli ola bilər. Belə hallarda yeniyetmələri ildə bir dəfə psixoloq və psixiatr müayinəsinə aparmaq tövsiyə olunur.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib