TƏBİB işə qəbul üçün vakansiyalar elan edir
29.07.2022 01:31

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında aşağıdakı vəzifələr üzrə vakansiyalar elan edir:

 

∙ Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
∙ Həkim-anestezioloq-reanimatoloq
∙ Həkim-psixiatr

 

Namizədlər aşağıdakı sənədləri ("scan" olunmuş forması) elektron poçt vasitəsilə təqdim etməlidir:

 

∙ Şəxsiyyətini təsdiq edən sənəd;
∙ Əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom), xaricdə təhsil alımış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
∙ Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
∙ Sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla);
∙ Seminar və konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).

 

Müraciət qaydası:

∙ Vakansiyaya son müraciət tarixi: 31.08.2022-ci il;
∙ Göstərilən tələblərə cavab verən namizədlər nümunəvi formaya uyğun müraciət anketini (https://bit.ly/3NEBXCG) və tələb olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
∙ Mövzu yerinə vəzifənin adı yazılmalıdır.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib