Niyazi Bayramov Kəlbəcərdə minaya düşərək xəsarət alan polkovniki ziyarət edib
28.07.2022 17:10

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib.

 

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, şəhər rəhbəri hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Həkimlər hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı şəhər rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildiriblər. Niyazi Bayramov yaralıya şəfa diləyib, müvafiq köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıq verib.

 

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik Vüqar İsbəndiyarov bir neçə gün əvvəl Kəlbəcər rayonu ərazisində minaya düşüb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib və ona lazımi tibbi yardım göstərilib. Vüqar İsbəndiyarovun müalicəsi hazırda Gəncə şəhərindəki özəl xəstəxanaların birində davam edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib