Ağır yüklərin qaldırılması boyun yırtığının əmələ gəlməsində əsas faktorlardan biridir - Həkim osteopat
28.07.2022 14:25
Boyun ağrısı, hər 3 adamdan birinin həyatının bir nöqtəsində qarşılaşdığı bir problemdir. Boyun ağrısının bir hissəsi yırtıq diskinin, pis duruşun və yastığın düzgün seçilməməsindən qaynaqlana bilər.
Tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verərək bildiirb ki, onurğamız bədənimizin ağırlığını daşıyan, eyni zamanda beyindən çıxaraq bütün bədənə gedən sinirləri qoruyan bir quruluşdur.
Həkim qeyd edib ki, onurğamızın boyun hissəsi bir -birinin üstündə düzülmüş onurğa adlanan 7 sümükdən və onların arasında yerləşən fəqərəarası disk adlanan yastıqlardan ibarətdir. Fəqərəarası disklərin vəzifəsi yükü yuxarı tərəfdən udmaq və aşağı fəqərəyə bərabər şəkildə ötürmək, həmçinin fəqərənin hərəkətini faset adlanan birləşmə ilə təmin etməkdir. Bu xarici təbəqəsinin hər hansı bir səbəbdən zədələnməsi nəticəsində içindəki jele bənzər hissə bütün bədənimizə dağılan sinirlərin onurğada yerləşdiyi yerə daşır. Bu şəkildə həm sinirləri sıxır, həm də jele bənzər təbəqənin kimyəvi təsiri ilə sinirləri qıcıqlandırır. Sərbəst buraxılan kimyəvi maddələrin qıcıqlandırıcı təsiri səbəbiylə boyun ağrısı, sinirlərin sıxılması nəticəsində qollarda uyuşma, qıcıqlanma və güc itkisi meydana gələ bilər. Bu xəstəlik şəklinə “boyun yırtığı“, yəni “servikal disk yırtığı” deyilir.
Ağır yüklərin qaldırılması, daima uyğun olmayan vəziyyətdə çalışması (məsələn, stolüstü işlərdə) və boynuna və ya başına zərbə vurulması boyun yırtığının əmələ gəlməsində əsas faktorlardır.
P.Əkbərov onu da bildirib ki, boyun yırtığında ciddi nevroloji defisiti olmayan xəstələrin 95%-də cərrahiyyə tətbiq olunmadan yaxşılaşma müşahidə olunur. Boyunda davamlı ağrı, qollarda keyləşmə və zəiflik varsa mütləq həkimə müraciət etməyiniz məsləhət görülür.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

