Meymunçiçəyi xəstəliyinin qarşısı alına bilər - Mütəxəssis
28.07.2022 09:34

Müvafiq qrupların nümayəndələri arasında səmərəli tədbirlərin həyata keçirilməsi sayəsində meymunçiçəyi xəstəliyinin yayılması dayandırıla bilər.

 

Aztibb.az news.un.org-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi xəstəliyi üzrə baş mütəxəssisi Rozomund Lyuis Cenevrədə keçirilən brifinqdəki çıxışında bildirib.

 

“Biz ümid edirik ki, bu, xəstəliyə qarşı mübarizənin daha yaxşı əlaqələndirilməsinə və ölkələr və bütün maraqlı tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə kömək edəcək, eləcə də qlobal həmrəyliyi gücləndirəcək”, - deyə doktor Rozomund Lyuis izah edib.

 

Bu il 16 min yoluxma halı aşkar edilib, baxmayaraq ki, ÜST nümayəndəsinin sözlərinə görə, halların real sayı daha çox ola bilər.

 

Bəzi insanların infeksiyanı cüzi simptomlarla keçirdiklərinə baxmayaraq, onlar iki-dörd həftə yoluxucu olaraq qala bilərlər.

 

Bugünkü tövsiyələrə uyğun olaraq, xəstə olanlar özlərini başqalarından təcrid etməli və sağalana qədər bütün səyahətlərini təxirə salmalıdırlar. Onların təmasda olduğu insanlar 9-21 gün ərzində müşahidə altında qalmalıdır.

 

Bundan əlavə, doktor R.Lyuisin izahına görə, insan peyvənd edildikdə qorunmanı dərhal əldə etmir - immun cavabın formalaşmasına bir neçə həftə gedir.

 

Bu ilə qədər virus əsasən endemik hesab olunan Afrikada yayılmışdı. İlk həyəcanverici siqnal Böyük Britaniyada may ayında aşkar olunan hallar oldu.

 

Doktor R.Lyuis bildirib ki, hazırda ÜST üzv ölkələrlə əməkdaşlıq edərək vaksinlərə ədalətli çıxışı təmin etməyə imkan verən mexanizm işləyib hazırlayır. O vurğulayıb ki, meymunçiçəyi xəstəliyinə qarşı kütləvi immunizasiya hələ ki, tələb olunmur, lakin mütəxəssislər yoluxmuş insanlarla təmasda olanlara peyvənd olmağı tövsiyə edirlər.

 

Vəziyyət hər yerdə fərqli olduğundan ÜST hesab edir ki, ölkələr müəyyən bir bölgənin ehtiyaclarından asılı olaraq bir-biri ilə vaksinləri paylaşmalıdırlar. O, çiçək və meymunçiçəyi xəstəliklərinə qarşı peyvənd, eləcə də bu virusların diaqnostika vasitələrinin istehsalçılarını istehsallarını genişləndirməyə, həmçinin preparatlara ən çox ehtiyac duyulan yerdə çıxışını təmin etmək üçün ÜST ilə əməkdaşlıq qurmağa çağırıb. Vaksinlər Danimarka, Yaponiya və ABŞ-da istehsal olunur.

 

Azərbaycanın tibb strukturlarından verilən məlumata görə, ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında ÜST Azərbaycana 3000 diaqnostik test gətirərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib