Doğum evində körpə ölümü ilə bağlı araşdırma başlayıb
27.07.2022 16:16

Bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) körpənin öldüyü və meyitin həkimlər tərəfindən doğum evindən qaçırılması ilə bağlı iddialar yayılıb.

 

Baş Prokurorluqdan verilən məlumata görə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum evi) körpə ölümü ilə bağlı araşdırmalara başlanılıb.

 

İnstitut tərəfindən verilən açıqlamada qeyd edilib ki, Əkbərova Züleyxa Tahir qızı 30.06.2022-ci ildə 39-40 həftəlik hamiləliklə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub. Doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması, tənəffüs çatmazlığı qeydə alınıb. Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulub. Vəziyyətin ağırlığı ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduqdan neonatal koma vəziyyətində olub.

 

Doğum evindən o da bildirilib ki, 26 gün şöbədə kliniki, laborator, funksional müayinələrdən keçirilən körpə kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya olunub. Poliorqan çatmazlığı nəticəsində tələf olub. Ölüm diaqnozu ağır asfiksiya, neonatal koma, III dərəcəli mədəcik daxili qansızma, qıcolması, ketalohematoma olub. Meyit təşrihə verilib. Patomorfologiya müayinəsi nəticəsində ölüm səbəbi dəqiq bəlli olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub