Yanvar-iyun aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinə 83 min 866 müraciət daxil olub
26.07.2022 15:00

2022-ci ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ümumilikdə 83 min 866 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 15 min 848, əlillik məsələləri ilə bağlı xəttinə 4 min 51, koronavirusla bağlı xəttinə 2 min 702, operator ilə əlaqə xəttinə isə 61 min 265 müraciət daxil olub.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən məlumata görə, icbari tibbi sığorta xəttinə daxil olan müraciətlərin əksəriyyəti müayinə, müalicə və dərman təminatı barədə olub.
Koronavirusla bağlı xəttə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:


• Koronavirus xəstəliyi haqqında ümumi məlumatla bağlı – 388 müraciət
• Vaksinasiya ilə bağlı - 1478 müraciət
• COVID-19 testinin nəticəsi ilə bağlı – 836 müraciət
Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib