ETMGİ-nin Neonatologiya şöbəsində neonatal skrininq müayinələr aparılır
26.07.2022 11:02
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) tərkibində fəaliyyət göstərən elmi şöbələrdən biri də Neonatologiya şöbəsidir.
 
Burada şöbənin müdiri, dosent Gülnarə Məmmədzadənin rəhbərliyi altında neonatologiya sahəsinə dair elmi-tədqiqat işləri aparılır. Hazırda şöbənin əməkdaşlarının əsas yönəldiyi istiqamət neonatal skrininqdir. Neonatoloqlar tərəfindən davamlı olaraq ölkənin əksər doğuşayardım müəssisələrinin neonatal şöbələrindən olan tibbi heyətə Yenidoğulmuşlar arasında əsas beş genetik xəstəliyə görə skrininq müayinələrinin aparılması üçün təlimlər həyata keçirilir.
 
Görülən işlər barəsində illik və 6 aylıq hesabatlar hazırlanaraq müəssisənin Elmi Şurasına təqdim olunur. Şöbənin əməkdaşları tərəfindən yerli və xarici jurnallarda məqalələr, konfranslarda posterlər hazırlanır və nümayiş olunur. Bununla yanaşı, elmi işçilər ölkəmizdə və dünyanın müxtəlif ölkələrində keçirilən konfranslarda Azərbaycanı yüksək səviyyədə təmsil etmək üçün tədqiqatlar apararaq yeni biliklər əldə edirlər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib