“Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək
25.07.2022 21:48

29-30 sentyabr 2022-ci il tarixlərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Konfransın mövzuları:

  1. Flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresurslar, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri;
  2. Meşə və otlaq ekosistemləri;
  3. Qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri;
  4. Qorunan ərazilər, mövcud vəziyyət və perspektivlər;
  5. Genetik ehtiyatlar və ərzaq təhlükəsizliyi;
  6. Təbii və antropogen fəlakətlərdən sonra su və torpaq ehtiyatlarının bərpası, onların səmərəli və təhlükəsiz istifadəsində müasir yanaşmalar;
  7. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa və inkişafı;
  8. Aqvamüxtəliflik və aqvakulturanın inkişaf perspektivləri;
  9. Herantoloji tədqiqatlar;
  10. Biotəhlükəsizlik məsələləri;
  11. Ekoturizm və biomüxtəliflik;
  12. Yaşıl iqtisadiyyat.

 

Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.

 

Konfransın dili: Azərbaycan və ingilis dilləri

 

Məktubun mövzu yerində “ŞUŞA-QARABAĞ Konfrans” sözlərinin mütləq yazılması tələb olunur. Tezis faylının adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı və adı ilə başlanmalı, ardınca tezisin adının ilk sözləri verilməlidir, məsələn: Rasouli_Aliakbar_APPLICATION_OF...

 

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

 

Tezisin mətni:

- Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.05 olmaqla, 1-2 səhifə həcmində olmalıdır;

- Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir;

- Tezisin adı ortadan böyük hərflərlə Bold (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan adi şriftlə tezisin müəlliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra növbəti sətirin əvvəlindən hər müəllifin iş yeri, ölkəsi, korrespondent müəllifin e-mail ünvanı və mobil telefonu verilir;

- Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

 

Nümunə ilə buradan tanış ola bilərsiniz.

 

Tezislərin göndərilməsi üçün son tarix - 20.08.2022-ci ildir.

 

Vaxtında təqdim edilməmiş, elmi səviyyəsi tələblərə cavab verməyən, yuxarıda qeyd edilən qaydalara riayət olunmamış və ciddi redaktə edilməmiş tezislər qəbul edilməyəcək.

 

Konfrans materialları elektron və çap formatlarında nəşr olunacaq.

 

Tel.: (+994 50) 463 63 27, (+994 50) 338 15 71.

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Sümük bulyonu arıqlamağa kömək edir
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
 Yevlax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib