"Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi"ndə şəhid ailələrinin üzvləri və qazilərin sağlamlıqları bərpa edilir
25.07.2022 18:44

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır. Eyni zamanda, qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm işlər görülür. Bu da onların öz sağlamlıqlarını bərpa etmələrinə töhfə verir.


Şəhid ailələrinin, Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin sağlıqlarına qovuşması üçün aparılan müalicədə yüksək nəticələrin alındığı sağlamlıq müəssisələrindən biri də Beynəlxalq turizm mərkəzi olan Naftalanda fəaliyyət göstərən "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”dir. Fəaliyyəti ən son tibbi avadanlıqlar və yüksək ixtisaslı peşəkar həkimlər sayəsində müasir səviyyədə təşkil edilmiş sağlamlıq mərkəzi Qarabağ müharibəsi iştirakçılarının müalicəsini ən çox həyata keçirən müalicə mərkəzlərindəndir.

Mərkəzin direktoru Qoca Əmiraslanov bildirib ki, ümumilikdə, 300-dən artıq xəstənin müalicə alması üçün bütün şəraitin mövcud olduğu sağlamlıq mərkəzində hazırda həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçılarına yüksək tibbi xidmət göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında buraya təyinat alan pasiyentlər əvvəlcə ümumi tibbi yoxlanışdan keçirilərək hər bir xəstəyə zəruri müalicə kursu təyin edilir və effektiv bərpa-müalicə
xidmətləri göstərilir.

"Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”ndə əsasən dayaq hərəkət sistemindən, oynaq və digər xəstəliklərindən əziyyət çəkən xəstələr müalicə olunurlar. Sağlamlıq mərkəzində bu xəstəliklərin müalicəsi üçün masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonaterapiya, hidropolonoterapiya, həmçinin möcüzəvi təsirə malik Naftalan neft vannası kabinetləri mövcuddur. Göndəriş əsasında Sağlamlıq Mərkəzinə qəbul edilən Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarının müalicəsi 14 gün davam edir. Ümumi müayinədən sonra tibbi göstəriş olduqda pasiyentlər müalicə kursu müddətində 10-12 neft vannası və müalicə proseduru qəbul edirlər. Mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə dərman müalicəsi deyil, əsasən reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib