Həkim briqadaları müayinələr aparır
25.07.2022 10:40

Muxtar respublikada əhali arasında yarana biləcək xəstəliklər və onların yoluxma yolları və profilaktikası istiqamətində mütəmadi olaraq səhiyyə maarifi işləri aparılır. Belə tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası tərəfindən muxtar respublika ərazisində vərəm xəstəliyinin erkən aşkarlanması və müalicə profilaktikası istiqamətində aparılan tədbirlərdir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dispanserin həkim briqadası Kəngərli rayonunun Qarabağlar kəndində əhali arasında vərəm xəstəliyinin erkən aşkarlanması məqsədilə müayinələr aparıb. Qarabağlar kənd ambulatoriyasında aparılan müayinələrdə sakinlərdən 33-ü həkim ftiziatr tərəfindən yoxlanılıb və flüoroqrafiya müayinəsi aparılıb. Müayinələr zamanı şübhəli olan 6 nəfərə mantu sınağı qoyulub, vərəmə şübhəli olan 3 nəfərdən bəlğəm nümunəsi götürülüb.

 

Patologiya aşkar olunan xəstələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə əlavə müayinə və müalicələrin aparılması üçün dəvət olunub. Dispanserin həkim briqadası əhali arasında vərəmin erkən aşkarlanması və diaqnostikası istiqamətində maarifləndirici söhbətlər də aparıb.
Muxtar respublika əhalisinin sağlamlığının qorunması və təmin edilməsi məqsədilə bu cür tədbirlər davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib