Uşaqlarda yaranan boğaz ağrısı yüksək hərarətə səbəb ola bilər
23.07.2022 11:45

Uşaqlarda boğaz ağrısı yaranan kimi valideynlər buna qarşı tədbir görməyə, ağrıları azaltmağa çalışırlar. Valideynlər hər zaman uşaqlarda boğaz ağrısını soyuq yeməklərin yeyilməsi, soyuq içkilərin içilməsi ilə əlaqələndirir. Lakin bu, hər zaman belə olmur. Çox hallarda uşaqlarda boğaz ağrısı virus infeksiyaları, virus xəstəlikləri nəticəsində yaranır.

Aztibb.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, boğaz ağrısı, əksəriyyət hallarda udqunan zaman boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Bu ağrının əsas əlaməti faringitdir. Amma "boğaz ağrısı" və "faringit" terminləri bəzən bir-birlərinin yerinə istifadə edilir. Virusun səbəb olduğu boğaz ağrısı qısa bir müddət ərzində keçib gedir. Boğaz ağrısı hər yaşda, xüsusən də 4-7 yaş arası uşaqlarda daha çox müşahidə olunur. İnfeksiya ilə bağlı olan boğaz ağrısı yüksək hərarətə səbəb ola bilər. Ona görə də zamanında həkimə müraciət etmək vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib