Prediabeti olan şəxslər, ürək sağlamlığına diqqət etməlidir - Həkimdən ÇAĞIRIŞ
23.07.2022 11:50
Araşdırmalar göstərir ki, hətta prediabet belə, ürək sağlamlığına mənfi təsir göstərə bilər.
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb. 
 
 
Həkimin sözlərinə görə, prediabet - Hba1c (3aylıq şəkər) nəticəsi 5,7-6,4 olan xəstələrdə, hospitalizə olunmuş infarkt xəstələri arasında infarkt 41% olması qeydə alınıb. Bu nəticələr Saint Peter University Hospitalda Geethika Thota tərəfindən əldə edilmişdir.
 
Prediabet miokard infarkta yol açan müstəqil risk faktorudur. Həmçinin prediabet müxtəlif damar patologiyalarına yol açır və perkutan koronar müdaxilə və aortakoronar şuntlama hallarının səbəbləri arasında da prediabet də göstərilir:
 
"Bu, o deməkdir ki, sadəcə diabetin yox, həmçinin prediabetin qarşısını almaq üçün ciddi tədbirlər alınmalıdır. Bunun üçün erkən müayinələr və erkən müdaxilə edilməlidir. Bütün 35 yaşdan yuxarı olan, AIDS xəstələri, hestasional diabeti olan qadınlar və artıq çəkisi olanlar erkən müayinədən keçməli və düzgün müalicə almalıdırlar. Düzgün və vaxtında aparılarn müalicə dedikdə deyildikdə sağlam qidalanma, fiziki məşqlər, həyat tərzinin dəyişilməsi nəzərdə tutulur və bura bəzi dərman preparatları da əlavə oluna bilər".
 
F.Burzu onu da əlavə edib ki, 2 il ərzində hospitala ilkin və ikincili kəskin miokard infarktı diaqnozu ilə daxil olan 1 794 149 pasiyentlərin şikayətləri nəzərdən keçirilib. Bu pasientlərin 1%-də prediabet aşkar olunmuşdur.
 
"Şəkərli diabetə gedən bütün yollar təhlükəlidir", - deyə həkim bu xəstəlikdən əziyyət çəkənləri diqqətli olmağa çağırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev