Qarğıdalının sağlamlığa faydaları haqqında TÖVSİYƏLƏR
23.07.2022 11:49

Qarğıdalı Azərbaycanın dağ və dağətəyi rayonlarında geniş yayılmışdır. Dərman məqsədilə yağından və saçaqlarından istifadə olunur. Saçaqların tərkibində K vitamini, askorbin və pantoten turşuları, karotinoidlər, saponinlər, qətran maddələri, efir yağları və s. vardır. Xalq təbabətində qarğıdalı saçaqlarından duru ekstrakt və dəmləmə şəklində xolesistitlərin və hepatitlərin müalicəsində ödqovucu, böyrəklərdə daş olan zaman sidikqovucu kimi, eləcə də qankəsici dərman kimi istifadə olunur.


Ödqovucu kimi:


20 qr qarğıdalı saçağını 1 stəkan suda 1 saat qaynatmaq və süzmək lazımdır. Bu mayedən gündə 4 dəfə 2 xörək qaşığı içmək məsləhətdir.


Sidikqovucu kimi:


1 xörək qaşığı qarğıdalı saçağının üzərinə 200 ml su tökülür. Qaynar su hamamında 20 dəq qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 50 ml yeməkdən əvvəl içilir.


Aterosklerozda:


Qarğıdalı yağı orqanizmdə lipid mübadiləsinə müsbət təsir göstərir, aterosklerozun müalicə və profilaktikasında istifadə edilir. Qarğıdalı yağından bu məqsədlə hər gün 75 qr qəbul etmək məsləhətdir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib