Bakı Baş Səhiyyə Mərkəzində Farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə VAKANSİYA elan edilir
21.07.2022 17:32
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı Baş Səhiyyə Mərkəzində Farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə vakansiya elan edir.
TƏBİB üçün uyğun namizəd:
Ali təhsil - Əsas (baza ali) tibb təhsilinə və ya əczaçılıq ixtisası üzrə təhsil;
İxtisası üzrə ən azı 1 il iş təcrübəsi;
Dil bilikləri (azərbaycan dili - sərbəst, rus dili - yaxşı və ingilis dili - yaxşı);
Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi.
Vəzifə öhdəlikləri:
Farmakonəzarət üzrə məsul şəxs dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər və digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsə (bundan sonra - AEM) və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (bundan sonra -TƏBİB) təqdim etməlidir;
Müəssisədaxili farmakonəzarət sistemini qurmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin farmakonəzarət qaydası” və TƏBİB-in müvafiq sahə üzrə müəyyənləşdirdiyi digər qayda və təlimatlarına əsasən fəaliyyət göstərməlidir;
Farmakonəzarət üzrə məsul şəxs dərman vasitələrinin istifadəsi zamanı yaranan və dərman vasitəsinin istifadəsi ilə bağlı olması ehtimal edilən əlavə təsirlər barədə bildirişləri birbaşa olaraq 15 (on beş) təqvim günü müddətində AEM-ə göndərməlidir (VigiFlow onlayn proqram təminatı vasitəsilə);
Dərman vasitələrinin istifadəsi zamanı yaranan ciddi əlavə təsirlər 48 (qırx səkkiz) saat ərzində AEM-ə bildirilməlidir (VigiFlow onlayn program təminatı vasitəsilə);
Farmakonəzarət üzrə məsul şəxs yararsız dərman vasitələri barədə məlumatları birbaşa TƏBİB-ə təqdim etməlidir;
Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və ya AEM tərəfindən təqdim edilmiş tibb işçisinin məlumatlandırma məktubu haqqında müəssisədə çalışan tibb və əczaçılıq işçilərini məlumatlandırmalı və məlumatlandırma məktubunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə nəzarət etməlidir;
Tibb müəssisələrində istifadə olunan dərman və tibb vasitələrinin səmərəli istifadəsinə nəzarət etməlidir;
Qeyri-rasional dərman istifadəsinin qarşısının alınması istiqamətində elmi sübutlara əsaslanan müvafiq tədqiqatlar apararaq təkliflər irəli sürməlidir;
Tibb işçilərinə dərman dövriyyəsində olan yeni preparatlar haqqında təlim proqramını planlaşdırmalı və yeni məlumatları çatdırmalıdır;
Dərman vasitələrinin yenilənmiş ən son təhlükəsizlik məlumatları əsasında lazımi tədbirləri görərək riski minimuma endirməyə istiqamətlənmiş fəaliyyətləri həyata keçirməlidir;
Xüsusi nəzarətdə olan dərman vasitələrinin ən son yenilənmiş siyahılarını bilməli və onlar barədə tibb müəssisəsində təbliğat işlərini həyata keçirməlidir;
Farmakonəzarət sisteminin yüksək səviyyədə aparılması üçün tibb işçiləri tərəfindən spontan əlavə təsir bildirişlərinin ötürülməsi üçün təşviqedici tədbirlər görməlidir;
Farmakonəzarət və dərman vasitələrinin rasional istifadəsi mövzusunda tibb müəssisəsinin daxilində təlim və təhsil proqramlarını təşkil etməlidir;
Təqdim etdiyi bildirişlərlə bağlı pasientin, tibb və əczaçılıq işçisinə dair məlumatların konfidensiallığının qorunması üçün tədbirlər görür və həmin şəxslərin razılığı olmadan bu məlumatların Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, açıqlanmasına yol verməməlidir.
Müraciət qaydası:
∙ Vakansiyaya son müraciət tarixi: 01.08.2022-ci il;
∙ CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
∙ Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun (https://bit.ly/3NEBXCG) CV-lərini mövzu yerinə “Farmakonəzarət üzrə məsul şəxs” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu bölməyə aid digər xəbərlər
“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II respublika elmi-praktiki konfransı keçiriləcək
19.09.2026 | 18:34
“Əziz Əliyev: Şəxsiyyət, elm və milli səhiyyə irsi – 130” adlı elmi-praktik konfrans keçiriləcək
18.09.2026 | 12:03
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass olacaq
16.09.2026 | 10:56
"Vilms şişinin patologiyası və klinik müalicəsində müasir yanaşmalar: SIOP-RTSG təcrübəsi" adlı seminar keçiriləcək
16.09.2026 | 10:53
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
12.09.2026 | 09:04
“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcək
06.09.2026 | 09:28
Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass keçiriləcək
05.09.2026 | 13:11
"Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi konfransı (NASCO29)” keçiriləcək
27.08.2026 | 16:20
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
14.09.2026 | 15:11
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
15.09.2026 | 10:05
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
12.09.2026 | 09:04
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib
12.09.2026 | 16:19
TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb
11.09.2026 | 15:51
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 | 17:58
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
14.09.2026 | 17:17
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
13.09.2026 | 13:14
TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub
11.09.2026 | 16:37
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
15.09.2026 | 15:32
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
11.09.2026 | 15:23
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər
14.09.2026 | 16:57
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
13.09.2026 | 10:31

