Agentlik Devops üzrə sistem inzibatçısı vakansiyası elan edir
21.07.2022 12:42

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi Devops üzrə sistem inzibatçısı vəzifəsi üzrə məsləhətçi vakansiyası elan edir.

 

Agentlik üçün uyğun namizəd:

 

Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);

DevOps sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;

GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri həll etmək);

OS Linux Redhat / CentOS / Debian / RHCE / RHСSA  üzrə biliklərin olması;

VmWare virtualizasiya ilə praktiki təcrübə;

CI/CD platforma üzrə biliklər və iş təcrübəsi;

Kubernetes, Docker, Ansible, Jenkins üzrə biliklər və praktiki təcrübə;

Bash script yazılması ilə iş təcrübəsi;

Elasticsearch / Zabbix kimi monitoring tool-lar ilə iş təcrübəsi;

C# , .NET, Java ,Python dillərdə yazılmış scriptlərin analiz edilməsi;

Komanda yoldaşlarını inkişaf etdirməyə həvəsli olması.

 

Görəcəyi işlər:

 

Agentlikdə istifadə olunan mövcud platformalara monitorinq və nəzarət edilməsi;

Yaranan problemlərin proqramçılar və infrastruktur əməkdaşları ilə birlikdə aradan qaldırılması;

Proqram təminatının kodunun yerləşdirilməsi zamanı yaranan problemlərin müəyyənləşdirilməsi və həll edilməsi;

Yeni DevOps texnologiyalar üzrə biliklərin artırılması və tətbiq edilməsi.

 

Əlavə məlumatlar:

İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

Vakansiyaya son müraciət tarixi: 20.08.2022-ci il;

CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib