Vakansiya: TƏBİB işçi axtarır
19.07.2022 19:58

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

TƏBİB üçün uyğun namizəd:

 

• Ali tibb təhsilinə və ya əczaçılıq ixtisası üzrə ali təhsilə malik şəxslər;
• İxtisası üzrə ən azı 1 il iş təcrübəsi;
• Dil bilikləri (azərbaycan dili - sərbəst, rus dili - yaxşı və ingilis dili - yaxşı);
• Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;
• Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;
• Tələb olunan sertifikatlar - IELTS, TOEFL və s. dil biliyi sertifikatları (arzuolunandır), layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil, kurslarda iştirak sertifikatı (arzuolunandır), elmi dərəcə (elmi ad) diplomu (arzuolunandır).

 

Vəzifə öhdəlikləri:

• Strategiya və layihələrin icrasına nəzarət işlərini icra edir: iclaslarda məsul katib kimi iştirak edir, görüşlərin protokollarını və çıxışları hazırlayır;
• Layihələrin icrası əsnasında meydana gələn problemləri və gecikmələrin səbəblərini müəyyən edir, həll yolları ilə bağlı təkliflərlə təşəbbüs qaldırır;
• Departamentlərin layihələrə məsul şəxslərinin layihə tərtib edərkən standart əməliyyat protokolları ilə təmin edir;
• Layihələrin standart protokollara uyğun yazılmasını yoxlayır, vacib düzəlişlər haqda məlumat verir;
• Müdirin tapşırığı ilə şöbənin və strukturun strateji inkişafı ilə əlaqəli təqdimatlarını, hesabatlarını, məlumatlarını hazırlayır;

 

Əlavə məlumatlar:

• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

 

 Müraciət qaydası:

• Vakansiyaya son müraciət tarixi: 28.07.2022-ci il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun (https://bit.ly/3NEBXCG) CV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

 

Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib