Sumqayıt Tibb Mərkəzinin keçirdiyi səyyar tibbi aksiya başa çatıb
19.07.2022 18:31

Sumqayıt Tibb Mərkəzinin keçirdiyi səyyar tibbi aksiya başa çatıb, 200-ə yaxın ahıl müayinə edilib.

 

“İcbari tibbi sığorta ilə sağlam yaşa!” şüarı adı altında Sumqayıtın Hacı Zeynalabdin, Corat qəsəbələrində və “Stansiya Sumqayıt” yaşayış massivində səyyar tibbi aksiya keçirilib.


Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən və üç gün davam edən aksiyada terapevt, oftalmoloq, kardioloq, LOR və USM mütəxəsissləri tərəfindən 65 yaş və yuxarı yaş qruplarından olan 200-ə yaxın vətəndaşın müayinəsi həyata keçirilib.
Müayinələr zamanı səhhətində problem müşahidə olunan vətəndaşlara müvafiq tövsiyələr verilib, tibbi göstərişlərə əsasən STM-in tabeliyində olan digər tibb müəssisələrinə istiqamətləndirilib.

 

Aksiyanın keçirilməsində əsas məqsəd, şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl insanların tibbi xidmətə əlçatanlığını təmin etməkdir.

 

Qeyd edək ki, tibbi aksiya zamanı aparılan müayinələr icbari tibbi sığorta çərçivəsində tamamilə ödənişsiz şəkildə həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib