Aİ-ÜST layihəsi Azərbaycanda psixi sağlamlıq sahəsində səhiyyə müəssisələrini dəstəkləməyə davam edir
19.07.2022 16:16

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda psixi sağlamlıq sahəsində uzunmüddətli müalicə xidməti göstərən səhiyyə müəssisələrini dəstəkləməyə davam edir. COVID-19 pandemiyasının geniş yayıldığı və əsas resursların onunla mübarizəyə səfərbər edildiyi ötən dövrdə psixi sağlamlıq və psixososial dəstəyə ehtiyacın artması müşahidə edilib.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, layihə çərçivəsində ölkədəki psixi sağlamlıq müəssisələrinə dəstək məqsədilə bu sahədəki ən böyük müəssisələr olan Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə 2021-ci il sentyabrın 1-dən etibarən 3 psixoloq və 3 sosial işçi tərəfindən psixi sağlamlıq və psixososial dəstək göstərilib.

 

Psixoloqlar və sosial işçilərdən ibarət multidisiplinar komandanın əsas məqsədi pasiyentlərin psixi sağlamlıq və sosial ehtiyacları ilə bağlı problemlərinin həllində onlara dəstək olmaqdan ibarət olub. 10 ay ərzində 18-88 yaş arasında 174 kişi və 96 qadın benefisiar üçün 1455 psixoloji seans təşkil edilib. Bundan əlavə, proqram çərçivəsində psixoterapevtik seanslar, psixoloji konsultasiyalar, art-terapiya, qrup terapiyası və digər seanslar da keçirilib. Eyni zamanda, müəssisələrin səhiyyə işçilərinin potensialının artırılması məqsədilə layihə psixoloqları və sosial işçilər yanma (tükənmə) sindromu, qəzəbin idarə olunması, əlilliyi olan şəxslərin hüquqları və onların cəmiyyətə inteqrasiyası, habelə psixi sağlamlıqda psixoloji yardım və etik prinsiplər mövzularında təlimlər təşkil edib. Pasiyentlər və onların ailə üzvləri də daxil olmaqla, təlimlərdə 150-dən artıq insan iştirak edib. Hər iki müəssisədə fəaliyyət göstərən komandalar, həmçinin Beynəlxalq Əlillər, Uşaqların Beynəlxalq Müdafiəsi və İnsan Hüquqları Günləri ilə bağlı maarifləndirici tədbirlər təşkil edib.

 

Sosial işçilər sosial biliklərin artırılması, şəxsiyyət vəsiqələrinin alınması, əlilliyin müəyyən edilməsi, əlilliyə görə müavinətlərin təyin edilməsi və əlil arabalarının əldə edilməsi, sosial həyata uyğunlaşma, cəmiyyətə reinteqrasiya, ailə münasibətləri, işədüzəlmə və peşə təlimləri sahəsində benefisiarlara dəstək olub. Ümumilikdə, sosial işçilər tərəfindən 500 sosial konsultasiya keçirilib, dövlət qurumları ilə əməkdaşlıq sayəsində 102 pasiyentin sosial problemi öz həllini tapıb.

 

Bu, psixoloqlar və sosial işçilərin iştirakı ilə gerçəkləşmiş ilk belə sosial təşəbbüsdür. ÜST Azərbaycan ölkədə psixi sağlamlıq və psixososial xidmətlərin göstərilməsinə dəstək olmağa davam edəcək.

 

“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir və Aİ ilə ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib