Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzdə təlimlərə start verilib
18.07.2022 16:16

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzdə simulyasion avadanlıqla endoskopik cərrahiyyə üzrə təlimlərə start verilib.

 

Aztibb.az-ən məlumatına görə, Perinatal Mərkəzin təlim mərkəzində təşkil edilən təlim 3 gün davam edəcək.

 

Təlimdə Sumqayıt Tibb Mərkəzinin mama-ginekoloqları, uroloq və cərrahları iştirak edirlər.

 

Təlim "Karl Storz" tibbi avadanlıq istehsalçısının Azərbaycan Respublikasında nümayəndəliyinin direktoru Taley Bəşirov tərəfindən aparılır.
İştirakçılara simulyasiyon avadanlıqlardan düzgün istifadə qaydaları və texniki laproskopiya vərdişləri öyrədilir.

 

Qeyd edək ki, təlimin ilk günündə Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova, Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının müavini Ülviyyə Müzəffərova və Perinatal mərkəzin baş həkimi Təranə Rəcəbli iştirak edərək tibb heyətinə uğurlar arzulayıblar. Onlar bu kimi təlimlərin ixtisaslı həkimlərin bilik və bacarıqlarının artırılmasında vacibliyini vurğulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib