Təranə Göyüşova: “Valideynlər, ilk növbədə, uşaqların dənizdə rahat və təhlükəsiz əylənməsini təmin etməlidir”
18.07.2022 09:56

İsti yay günlərini yaşayırıq. Çoxları şəhərdən kənara çıxıb dəniz kənarında dincəlməyə gedir. Dəniz uşaqların da sevdiyi istirahət məkanıdır. Bəs necə edək ki, uşaqlarımız dəniz kənarında, çimərliklərdə özlərinə ziyan vurmadan yaxşı dincələ bilsinlər? Ümumiyyətlə, uşaqları neçə yaşdan dənizə aparmaq olar?

 

Bu barədə “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova dənizdə istirahəti rahat və təhlükəsiz keçirmək üçün öz tövsiyələrini bölüşüb.

 

Onun sözlərinə görə, ilk öncə, valideynlər bilməlidir ki, 6 ayı tamam olana qədər uşaqları dənizə aparıb suya salmaq olmaz. Ancaq dəniz havasında gəzdirmək olar. 6 aydan sonra isə dənizə aparıb suya salmaq olar.

 

Dənizin təmiz olmasına diqqət etmək lazımdır. Natəmiz olan yerdən uşaqlara infeksiya keçə, onların səhhətində problemlərə yol aça bilər.

 

Dəniz suyu duzlu olduğuna görə, uşağı suda 20 dəqiqədən çox saxlamaq olmaz. Uşağı sudan çıxaran kimi dərhal təmiz su ilə yuyub qurulamaq lazımdır.

 

Uşaqları təmiz dəsmal ilə quruladıqdan sonra mütləq günəş şüalarından qoruyan kremlər çəkmək lazımdır. Bu kremlər uşaqları ultrabənövşəyi şüaların təsirindən qoruyur, yanıqların yaranmasının qarşısını alır. Günəşdən qoruyan kremi uşağın bədəninə həm suya girməzdən 20 dəqiqə əvvəl, həm də sudan çıxdıqdan sonra hər 1,0-1,5 saatdan bir çəkmək məsləhətdir.

 

Uşaqları saat 11-ə qədər, ya da 17-18-dən sonra çimərliyə aparmaq məsləhətdir. Amma D vitamini sintezi saat 11-15 arasında getdiyi üçün uşaqları həmin müddətdə 10 dəqiqəlik də olsa, kölgəli yerdə saxlamaq lazımdır.

 

Uşaqlar kölgədə qum və su ilə oynamağı sevir. Özünüzlə günəşdən qorunmaq üçün çətir, kiçik hava ilə doldurulan hovuz və yerə sərmək üçün adyal və ya yüngül xalça götürün.

 

Dəniz kənarında 5-10 saat vaxt keçirmək planınız varsa, dondurulmuş su, istidən tez xarab olmayan məhsullar, meyvə-tərəvəz götürün. Dondurulmuş su istiləndikcə, gün ərzində istifadə edə biləcəksiniz.

 

2 yaşından yuxarı uşaqların qum və su ilə oynaması üçün qablar (formalar) alın. Özünüzlə kiçik vedrə də götürün, belə ki, bu vedrənin suyu ilə uşaqlar yeməkdən qabaq əllərini və ayaqlarını rahat yuya biləcəklər.

 

Suya girərkən uşaqların başlarına papaq qoyun, gözlərinə eynək taxın, qollarına qolcuqlar geyindirin. Xilasedici jilet və halqalardan istifadə etməyi onlara öyrədin.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib