“İctimai səhiyyə sahəsində tədqiqatçıların müsabiqəsi” üçün müraciətlərin qəbulu elan edilir!
18.07.2022 08:57

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “İctimai səhiyyə sahəsində tədqiqatçıların müsabiqəsi” üçün müraciətlərin qəbulunu elan edir.

 

Aztibb.az xəbər verir ki, son 10 ildə İSİM səhiyyə sahəsində 7-dən çox milli və beynəlxalq araşdırmalara imza atmışdır. Bunların arasında qeyri-infeksion xəstəliklərin risk faktorlarının öyrənilməsi (STEPS), uşaqlar arasında piylənmənin tədqiqi (COSİ), məktəbyaşlı uşaqlar arasında sağlamlıqla bağlı davranışların təhlili (HBSC) və tibb işçiləri arasında COVID-19-a qarşı vaksinlərin effektivliyinin tədqiqini (AzVE) xüsusilə vurğulamaq olar.


Elanın əsas məqsədi yuxarıda qeyd edilmiş və bir sıra digər mühüm tədqiqatlar sayəsində toplanmış məlumatlar əsasında İSİM-in mütəxəssisləri ilə birgə elmi təhlillərin aparılması və aparıcı beynəlxalq jurnallarda dərc olunmaq üçün məqalələrin hazırlanmasıdır.

 

Proqramda iştirak üçün aparılan seçim zamanı prioritet yaşı 45-dən aşağı olan tibb işçilərinə, elmi-tədqiqat sahəsində karyerasının başlanğıcında olan gənc tədqiqatçılara və hazırda aspirantura və ya doktoranturada təhsil alan və ya daxil olmağa hazırlaşan səhiyyə işçilərinə veriləcəkdir.

 

Proqramda iştirak üzrə müsabiqə üç mərhələdə aparılacaqdır:

Mərhələ 1. İştirak üçün yazılı müraciət formasının doldurulması tələb olunur. Müraciət forması e-poçt (office@isim.az və nabil.seyidov@isim.az) və ya İSİM-in rəsmi ünvanına (AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 96) məktub kimi göndərilə bilər.

 

Mərhələ 2. Seçilmiş müraciətlərin müəlliflərinin 2022-ci ilin sentyabr ayında beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə Bakıda keçiriləcək Təlimdə iştirakı tələb olunur.

 

Mərhələ 3. Təlim çərçivəsində hazırlanmış elmi tədqiqat və məqalələrə dair ideyaların müsabiqəyə təqdim edilməsi və Münsiflər Heyəti tərəfindən ən yaxşı 10 müəllifin seçilməsi.

 

Seçilmiş 10 müəllif üçün elmi tədqiqatların nəticələrinin statistik təhlili və beynəlxalq elmi jurnallar üçün məqalələrin yazılmasına dair əlavə təlim keçiriləcəkdir. Bu təlimin sonunda elmi-tədqiqat qrupları yaradılacaq və Avropanın aparıcı universitetlərindən olan mentorlarla birgə 10 layihəyə start veriləcəkdir.

 

Mərhələ 1 üçün müraciətlərin son tarixi: 20 avqust 2022-ci il tarixidir. Bu tarixdən gec daxil olan müraciətlərə baxılmayacaqdır.

 

Müraciət formasına keçid linki burada: https://ref.az/3BY2e25

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib